15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://telefoniya.az/blog 300 1
sticky-logo

CRM-in virtual ats-ə verdiyi üstünlüklər

CRM-də telefoniya müştərilərə internet vasitəsilə stasionar telefon olmadan zəng etməyə imkan verir. Bunun üçün sizə yalnız kompüter və avadanlıq lazımdır.

IP-telefoniya ənənəvi ATS-lərdən bir sıra üstünlüklərə malikdir. O, çoxkanallıdır, səs menyusunu qoşmaq və zəngləri bölüşdürmək, həmçinin vaxta qənaət etmək imkanı verir. Əgər siz  telefoniya və CRM-i inteqrasiya etsəniz, onda daha çox müsbət nəticələrə nail ola biləcəksiniz:

  • CRM də zənglərinin qeydi;
  • CRM də zənglərinin təhlili;
  • Müştəriyə fərdi yanaşma;
  • Əməkdaşlar üçün zəng planı;
  • CRM-dən bir klikə zəng.

Zənglərin CRM-də qeydiyyatı

Bir çox şirkətlər CRM-ə İP telefoniyanı zəngləri qeyd etmək üçün inteqrasiya edirlər. CRM-də zəng qeydləri müştərinin kartında xronoloji qaydada saxlanılır. Menecerlər istənilən vaxt məlumatları yaddaşda yeniləmək üçün keçirilən söhbətləri dinləyə bilər. Əgər müştərini yeni menecerə yönəldərlərsə  – o, zənglərin, məktubların, əməliyyatların tarixi ilə tanış olacaq və tez bir zamanda işin gedişatından tam məlumatlı olacaqdır.

Rəhbər üçün isə bu əməkdaşların işini qiymətləndirmək üsuludur. Bu, onların satış skriptlərindən istifadə edib-etmədiklərini, hansı qaydada söhbət apardıqlarını, hansı tipik səhvlərə yol verdiklərini aydınlaşdırmağa imkan verir. Lazım gələrsə, səs yazılarını kompüterinizə yükləmək də mümkündür.

CRM-də zənglərinin təhlili

CRM-sistemin telefoniya ilə inteqrasiyası tənbəl menecerləri aşkar etmək üçün ən əlverişli yoldur. Cubics CRM-in ətraflı analitikası sayəsində istənilən  anda

  • Menecer tərəfindən gün-həftə-ay ərzində edilən zənglərin sayı;
  • Daxil olan zənglərin dinamikası;
  • Ayrı-ayrı menecerlərin zənglərinin dinamikasının müqayisəsi;
  • Dairəvi diaqram üzrə onlardan hər birinin zənglərinin ümumi sayı

öyrənilə bilər.

CRM-də mövcud olan zəng analitikası sayəsində rəhbər dərhal onun menecerlərinin nə dərəcədə çalışdığını görür.

Müştəriyə fərdi yanaşma

Əgər siz müştərilərlə yaxın dost kimi ünsiyyət qurmağa vərdiş etmisinizsə, onda CRM vasitəsilə daxil olan zəngləri qəbul etmək yəqin ki, çox xoşunuza gələcək.

CRM-ə telefoniyanın inteqrasiyası müştərinin nömrəsini tanımağa və zəngi məsul menecerə yönləndirməyə imkan verir.

Ekranın küncündə müştərinin adının olduğu pəncərə yerləşir. Menecer onun üzərinə basır, dəstəyi götürür və onun qarşısında həmsöhbəti haqqında ətraflı məlumat olan müştəri kartı açılır.  Burada yalnız əlaqələr və cari sifariş haqqında məlumatlar deyil, həmçinin müştəri ilə bağlı bütün iş tarixi saxlanılır.

  • Bütün zənglər və məktublar;
  • Ünsiyyət zamanı menecer tərəfindən edilən qeydlər;
  • Qarşıya qoyulan tapşırıqlar və həyata keçirilən görüşlər;
  • Alış-veriş, faktura, ödənişlər;
  • Sənədlər, fotoşəkillər.

CRM sistemini telefoniya ilə birləşdirmək menecerə ünsiyyət zamanı söhbət edən şəxs haqqında lazım olan bütün məlumatları əldə etməyə imkan verir. Nəticədə, hər bir alıcı maksimum diqqət görəcək və özünü sizin ən əsas alıcınız kimi hiss edəcəkdir.

Əməkdaşlar üçün zəng planı

CRM-in telefoniya ilə inteqrasiyasında məqsəd yalnız personalın işi üzrə statistikanı əldə etmək deyil, həm də onların qarşısında şəxsi məqsədlər qoymağa imkan verir: işlənmiş sözləşmələrin sayı və məbləği üzrə planlar, yaradılmış əlaqələr və ya şirkətlər. Planın yerinə yetirilməsi birbaşa xüsusi təhlil bölməsində izlənilə bilər.

CRM-dən bir klikə zəng

CRM sistemi və IP telefoniya inteqrasiyası nömrə axtarışını və yığımını asanlaşdırır. Menecer hər hansı bir CRM bölməsindən zəng edə bilər: müştəri kartından və ya sözləşmədən, zəng tarixçəsi ilə ümumi bölmədən və hətta tapşırıqlardan. Müştərinin nömrəsinə bir klik etməklə zəng edə bilərsiniz.

Daha nəsə ?

IP telefoniyanın CRM-ə inteqrasiyası üçün sadalanan bütün imkanlar və daha çoxu – Cubics CRM-də var. Siz bir kliklə müştəriyə birbaşa onun kartından zəng edə bilərsiniz və daxil olan zəng vaxtı — onun haqqında məlumatı olan kartı aça və söhbət zamanı məlumatları daxil edə bilərsiniz. Cubics CRM sizin heç bir söhbət qeydinizi itirməyəcək, istənilən bir zəngə qulaq asmağa imkan verəcək və menecerlərin telefon danışığına dair ətraflı hesabat nümayiş etdirəcək. Və bütün bunlar bizim təqdim etdiyimiz proqram təminatı və avadanlıqla reallaşdırılır.

Əlbəttə ki, Cubics CRM sisteminin imkanları bunlarla məhdudlaşmır. Bizim proqram təminatının köməyi ilə aşağıdakı imkanlardan yararlana bilərsiniz:

  • Tapşırıqlarların qoyulması;
  • Satışların idarə edilməsi;
  • Biznes proseslərin avtomatlaşdırılması;
  • Onlayn təhlil və s. ilə işləmək.

Cubics CRM – IP telefoniya, SMS və poçt ilə təhciz edilmiş CRM-dir. Hansı ki, sizə lazım olan sayt və proqramlar ilə API vasitəsilə inteqrasiya olunur. İndi pulsuz olaraq qeydiyyatdan keçin və Cubics CRM-i 14 gün ödənişsiz sınayın.

www.cubics.az

Sizə maraqlı ola bilər: Yealink SIP T40G VoIP telefonun xüsusiyyətləri