15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://telefoniya.az/blog 300 1
sticky-logo

IP-telefoniya. IP-telefoniyanın tətbiqi mərhələləri

Biznes proseslərində istifadəçilər telefoniya ilə əlaqəli CRM-dən daha çox istifadə edirlər. Ofisdə IP-telefoniya müştəriyə yalnız birbaşa zəng etməyə, söhbətin qeydini aparmağa və onu müqaviləyə yükləməyə icazə vermir, həm də müştəri üçün təyin edilmiş menecerə zəng etməyə imkan verir.

IP-telefoniyanın tətbiqi bir qayda olaraq, bir neçə addımdan ibarətdir.

  • IP nömrə operatorunun seçimi (SİP nömrə);
  • PBX (ATS) avadanlığının və ya virtual ats sisteminin quraşdırılması;
  • Zəng sxemi və səsli bələdçinin (IVR) qurulması;
  • Zənglərin aparılması üçün IP telefon, softfon və ya mobil tətbiqlərin quraşdırılması;
  • PBX sisteminin CRM-ə inteqrasiyası.

Bu addımların yerinə yetirilməsi nəticəsində bütün zənglər CRM-də qeydə alınacaq, müştərilərdən gələn zənglər dərhal fərdi menecerə yönələcək və zənglərin yazılışı mümkün olacaq.

İndi, biznes üçün seçim edərkən çox nadir hallarda analoq telefondan istifadə edilir, əsasən, bu seçim IP-telefoniya xeyrinə olur. Bunun da əsas səbəbləri aşağıdakılardır:

  • IP-telefoniya miqyaslamağa çox tez imkan verir.
  • IP nömrələrin demək olar ki, hamısı çoxkanallıdır. Bu tip rabitə yerli telefon stansiyasından asılı deyil, yəni məkana bağlılıq tələb etmir. Yalnız internetə çıxış kifayət edir.
  • Zənglərin paylanması və ya CRM ilə daha çox qarşılıqlı əlaqə barədə danışırıqsa, analoq ATS -in qurulmasından və dəstəklənməsindən daha çətin bir şey yoxdur. IP-telefoniya üçün müasir ATS-lər hətta mütəxəssislərsiz də qurula bilər.
  • Danışıqların yazılması.

SİP nömrə provayderi sizə rabitə xidmətini təmin edən şirkətdir. Məhz ondan siz, müştərilərin menecerlərlə əlaqə saxladığı telefon nömrələrini alırsınız. Hazırda Bakıda 5-ə yaxın məhşur IP-telefoniya provayderi var. Onlardan ən məşhurları DeltaTelecom, Azərtelecom və Azintelecom-dur.

Sizə maraqlı ola bilər: Müxtəlif filiallar və kiçik ofislər üçün Yeastar MyPBX N412 IP ATS