15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://telefoniya.az/blog 300 1
sticky-logo

Snom D717: Yüksək görüntü imkanlı IP telefon

Snom D717

Snom D717 professional masaüstü telefon və VoIP telefoniya dünyasına sərfəli giriş etmiş qurğudur. İnkişaf etmiş D717 IP telefonu öz qiymət seqmentində ikincisi olmayan yüksək görüntü imkanlı, rəngli ekran, unikal və innovativ parlaqlıq, yaxınlıq sensorlu telefondur.

Sensor istifadəçi əlini IP telefonun ekranı və ya funksional düymələrinə yaxınlaşdırdıqda reaksiya verir və çox istifadə olunan funksiyalar və yığılan nömrələri göstərir. Əlavə olaraq, telefon ekran parlaqlığını otağın işıqlandırılmasına uyğun təmin edir.

Yüksək görüntü imkanına malik rəngli ekranla yanaşı telefon çoxrəngli LED funksional düymələrə, inteqrasiya olunmuş gigabit switch və bütün əlaqə seçimlərini təmin edən bir USB porta malikdir.

Snom D717 -nin ağvə qara rəngləri mövcuddur.

Bu o deməkdir ki, telefon istənilən biznes mühitinə asanlıqla uyğunlaşdırıla bilər.

Snom D717 müasir texnologiya, yaxşı səs keyfiyyəti və təmiz dizaynı bir qurğuda birləşdirir. Və qiymət və keyfiyyətdə rəqib tanımır.

Bu Snom D717 -ni IP telefoniya dünyasında ən yaxşı başlanğıc səviyyəli qurğu edir.

Əsas Xüsusiyyətləri

  • Yüksək görüntü imkanına malik TFT ekran
  • İşığa uyğunlaşan sensor
  • 3 proqramlaşdırıla bilən funksional düymə
  • Geniş zolaqlı əllər sərbəst danışıq (səs ucaldıcı)
  • Rəqəmsal Siqnal Prosessoru (DSP) ilə inkişaf etdirilmiş səs keyfiyyəti
  • 2 portlu Gigabit Ethernet açarı
  • Power over Ethernet IEEE 802.3af, Class 2

Snom D717 IP telefonun funksiyaları

  • 6 SIP akkount
  • XML brauzer
  • Buraxılmış, qəbul edilmiş və gedən zəng siyahıları
  • Lokal 1000 girişli rəhbər
  • Çoxlu dil dəstəyi
  • DTMF in-band / out-of-band/ SIP INFO
  • Bütün əsas IP PBX platformaları ilə əlaqəli

Zəng parametrləri

  • Sürətli zəng
  • URL zəng
  • Lokal zəng Planı
  • Məşğuldaykən avtomatik təkrar zəmg
  • Zəng tamamlama (məşğul/ əlçatan deyil)(2)
  • Zəng edənin kimliyi
  • Gözləmə
  • Əngəlləmə (rədd edilənlər siyahısı)
  • Avtocavab
  • Buraxılmış, qəbul edilmiş və gedən zənglərin siyahısı
  • Gözləmə
  • Gözləmədə musiqi
  • Birbaşa və anonslu transfer
  • Zəng yönləndirilməsi
  • 3 istiqamətli tele-konfrans 
  • Daxili zəng izlənməsi, zəng qəbulu(2)
  • Zəngi gözlətmə, gözləmədən çıxarmaq (2)
  • Multicast zəngləri
  • DND (do not disturb)
  • Klaviatura kiliidi
  • CMC (Client Matter Code)
  • Vahid rabitəyə hazır

Audio

  • Kodeklər:
    • G.711 A-law, µ-law
    • G.722 (wideband)
    • G.726, G.729AB, GSM 6.10 (FR)
  • Daxili yönləndirilə bilən zəng səsləri
  • CNG (Comfort Noise Generator)
  • VAD (Voice Activity Detection)

Quraşdırma

  • Veb interfeys üzərində quraşdırıla bilən
  • Təminat:
    • HTTP/HTTPS/TFTP vasitəsilə avtomatik yükləmə
    • DHCP yönləndirmə xidməti
    • TR-069/TR-111 vasitəsilə uzaqdan idarəetmə

Protokollar

  • SIP (RFC3261)
  • DHCP, NTP
  • HTTP/HTTPS/TFTP
  • LDAP (Directory)
  • Dual Stack IPv4 / IPv6

Snom D717 IP telefonun istifadəçi interfeysi

  • Özəlləşdirmə (dil, vaxt, zəng tonu)
  • Zəng və mesaj bildirişləri üçün Qırmızı LED 
  • 4 funksional düymə
  • 3 proqramlaşdırıla bilən çox rəngli LED düymə
  • Mesaj, DND, Rəhbər, Menu, Yönləndirmə, Gözləmə, Səhifə üçün düymələr
  • LED işiqlı audio düymə: Mute, Səsucaldıcı, qulaqcıq
  • Səs düyməsi
  • 5 naviqasiya düyməsi
  • OK və Cancel düymələri
  • Avtomatik arxa işıq 

Təhlükəsizlik

  • 802.1X identifikasiya və EAPOL
  • TLS (Transport Layer Security)
  • SRTP (RFC3711), SIPS, RTCP
  • HTTPS server/client
  • şifrə- qorunmuş veb interfeys
  • VPN dəstəyi
  • VLAN (IEEE 802.1Q)
  • LLDP-MED, RTCP-XR

Snom D717 IP telefonun xüsusiyyətləri

  • Ölçüləri:
    • 205 x 185 x 40 mm (L x W x D) dayaqsız
    • 205 x 185 x 200/220 mm (L x W x D) dayaqla
  • Çəki: qurğu 710 qr, dayaq 120 qr
  • Daxil olan güc: 5 Vdc (SELV)
  • Güc təchizatı: PoE və ya 5 Vdc güc adapteri (1), 10 Watts
  • Telefon: 4P4C
  • Qulaqlıq: 4P4C dəstək üçün Snom EHS Advanced (1)
  • Eşitmə cihazına uyğun (HAC) dəstək
  • 1xUSB 2.0 host port, A tipli
  • Kənar şərtlər:
    • Temperatur: 0°C ilə 35°C arası (32°F – 95°F)
    • Saxlama temperaturu: -10°C ilə 45°C arası (14°F – 113°F)
    • Nəm: 5% ilə 95% arası (yoğuşmasız)
  • Qablaşdırmaya daxildir:
    • Telefon
    • Dayaq
    • Kabelli dəstək
    • Ethernet kabeli
    • Təlimat kitabçası
  • Rəng: Qara və ya Ağ

Növ təsdiqi:

  • CE nişanlı
  • Təhlükəsizlik IEC 60950

Snom D717 IP telefonunun satış, quraşdırma və servis şərtləri, həmçinin qiyməti ilə tanış olmaq üçün Cubics Technology şirkətinə müraciət edə bilərsiniz. 

Əlaqə nömrəmiz: +99412 480 15 74

Sizə maraqlı ola bilər: Yealink CP860 IP Audio Konfrans Telefonu