15 49.0138 8.38624 arrow 0 both 0 4000 1 0 horizontal https://telefoniya.az/blog 300 1
sticky-logo

Snom D785: Yeni nəsil VoIP Telefon

Snom D785 inkişaf etmiş Snom IP telefonlarının ən sonuncu nəsil nümayəndəsidir. Zərif  dizayn edilmiş (qara və ağ), yüksək görüntü imkanına malik rəngli ekran və rahat dinamik əlaqə idarəsi üçün ikinci ekran , inteqrasiya edilmiş Bluetooth kimi IP telefon üçün zəruri bir çox funksionallıqlara malik telefondur.

İnteqrasiya edilmiş DSP xüsusiyyəti vasitəsilə Snom D785 misli görünməmiş HD səs keyfiyyətinzə malikdir. Səs mühəndisliyinin 20 illik təcrübəsinə əsasən Snom hər bir tətbiq üçün ən yaxşı səs keyfiyyətini təmin edir. 

Snom D875 öz zamanını qabaqlayan, müasir dizaynı, günlük işlər üçün yüksək görüntü imkanına malik rəngli ekranı özündə birləşdirir. Yeni dizayn olunmuş istifadəçi interfeysi və bu telefonu daha da intuitiv edən ikinci ekrana sahibdir. 

İnteqrasiya olunmuş ikinci ekran vasitəsilə bir çox əməliyyatlar cəld və asanlıqla icra edilə bilir. D785 zəngləri idarə etmək üçün 24 tək toxunuşlu və sürətli zəng/bütün informasiyaları dinamik şəkildə əks etdirən funksional düymələrə sahibdir. 

Snom D785 inkişaf etmiş texnologiya, zərif dizayn və yeni standartlara cavab verən intuitiv istifadəçi interfeysi ilə mükəmməl kombinasiya yaradır. Onun yüksək görüntü imkanına malik rəngli ekranı və praktiki ikinci ekranına görə Snom D785 Snom VoIP telefonlarının 20 illik tarixində yeni bir mərhələni başlatmışdır.

Snom D785 VoIP Telefonunun əsas xüsusiyyətləri

  • Yüksək görüntü imkanına malik rəngli ekran
  • 6 (24) müxtəlif rəngli LED işıqlı özü etiketlənə bilən düymələr
  • USB port
  • Bluetooth
  • Zərif dizayn

Snom D785 -in Üstünlükləri

  • Yüksək görüntü imkanına malik 4.3 TFT rəngli ekran
  • Genişlənmiş yoxlama üçün zəruri ekranlar
  • 24 BLF düymə (6 fiziki)
  • İnkişaf etdirilmiş qrafik istifadəçi interfeysi
  • İki bucaqlı dayaq: 46 və 28
  • Divara bərkidilmə
  • Geniş zolaqlı əllər sərbəst danışıq
  • DSP audio keyfiyyət
  • 2 portlu 1 Gigabit ethernet açar (RJ45) IEEE 802.3
  • PoE IEEEaf, Class 3
  • USB qulaqlıq 
  • D7 genişləndirmə modulu
  • USB Wifi stick  üçün dəstək
  • simsiz qulaqlıq üçün EHS
  • Quraşdırılmış Bluetooth

Snom D785 -in Proqramlaşdırma xüsusiyyətləri

  • 12 SIP akkaunt
  • XML brauzer
  • Buraxılmış, qəbul edilmiş və gedən zəng siyahıları
  • Lokal 1000 girişli rəhbər
  • Çoxlu dil dəstəyi
  • DTMF in-band / out-of-band/ SIP INFO
  • Bütün əsas IP PBX platformaları ilə əlaqəli

Zəng parametrləri

  • Sürətli zəng
  • URL zəng
  • Lokal zəng Planı
  • Məşğuldaykən avtomatik təkrar zəmg
  • Zəng tamamlama (məşğul/ əlçatan deyil)(2)
  • Zəng edənin kimliyi
  • Gözləmə
  • Əngəlləmə (rədd edilənlər siyahısı)
  • Avtocavab
  • Gözləmə
  • Gözləmədə musiqi
  • 12 eyni zamanlı zəng qəbulu
  • Birbaşa və anonslu transfer
  • Zəng yönləndirilməsi
  • 3 istiqamətli tele-konfrans 
  • Daxili zəng izlənməsi, zəng qəbulu
  • Zəngi gözlətmə, gözləmədən çıxarmaq 
  • Multicast zəngləri
  • DND (do not disturb)
  • Klaviatura kiliidi
  • CMC (Client Matter Code)

Audio

  • Kodeklər:
    • G.711 A-law, µ-law
    • G.722 (wideband)
    • G.726, G.729AB, GSM 6.10 (FR)
    • Daxili yönləndirilə bilən zəng səsləri
    • CNG (Comfort Noise Generator)
    • VAD (Voice Activity Detection)

Quraşdırma

  • Veb interfeys üzərində quraşdırıla bilən
  • Təminat:
    • HTTP/HTTPS/TFTP vasitəsilə avtomatik yükləmə
    • DHCP xidməti 66/67
    • Snom yönləndirmə xidməti
    • TR-069/TR-111 vasitəsilə uzaqdan idarəetmə

Protokollar

  • SIP (RFC3261)
  • DHCP, NTP
  • HTTP/HTTPS/TFTP
  • LDAP (Directory)
  • Dual Stack IPv4 / IPv6

Snom D785 VoIP Telefonun istifadəçi interfeysi

  • Özəlləşdirmə (dil, vaxt, zəng tonu)
  • Zəng və mesaj bildirişləri üçün Qırmızı LED 
  • 4 funksional düymə
  • 6 proqramlaşdırıla bilən çox rəngli LED düymə
  • Mesaj, DND, Rəhbər, Menu, Yönləndirmə, Gözləmə, Səhifə üçün düymələr
  • LED işiqlı audio düymə: MuteSəsucaldıcı, qulaqcıq
  • Səs düyməsi
  • 5 naviqasiya düyməsi
  • OK və Cancel düymələri
  • Menu vasitəsilə idarə edilən istifadəçi interfeysi

Təhlükəsizlik

  • 802.1X identifikasiya və EAPOL
  • TLS (Transport Layer Security)
  • SRTP (RFC3711), SIPS, RTCP
  • HTTPS server/client
  • şifrə- qorunmuş veb interfeys
  • VPN dəstəyi
  • VLAN (IEEE 802.1Q)
  • LLDP-MED, RTCP-XR

Snom D785 VoIP Telefonun xüsusiyyətləri

  • Ölçüləri:
    • 230 x 205 x 90 mm (L x W x D) dayaqsız
    • 190 x 205 x 200/220 mm (L x W x D) dayaqla
  • Çəki: qurğu 750 qr, dayaq 140 qr
  • Daxil olan güc: 5 Vdc (SELV)
  • Güc təchizatı: PoE və ya 5 Vdc güc adapteri (1), 10 Watts
  • Telefon dəstəyi: 4P4C
  • Qulaqlıq: 4P4C; 4 pin Snom EHS Advanced üçün
  • Eşitmə cihazına uyğun (HAC) dəstək
  • 1xUSB 2.0 host port, A tipli  Hi/Full/Low-Speed
  • Kənar şərtlər:
    • Temperatur: 0°C ilə 35°C arası (32°F – 95°F)
    • Saxlama temperaturu: -10°C ilə 45°C arası (14°F – 113°F)
    • Nəm: 5% ilə 95% arası (yoğuşmasız)
  • Qablaşdırmaya daxildir:
    • Telefon
    • Dayaq
    • Kabelli dəstək
    • Ethernet kabeli
    • Təlimat kitabçası
  • Rəng: Qara
  • Zəmanət: 2 il
  • Seriya nömrəsi: 00004349

Növ təsdiqi

  • CE nişanlı
  • FCC  Class B
  • Təhlükəsizlik IEC 60950

Əlavə aksessuarların seriya nömrəsi

  • 00004011 D7 Expansion Module (black)
  • 00004326 Power Adapter Snom A6 / EU clip
  • 00004326 Power Adapter Snom A6 / US clip
  • 00001168 UK clip for Snom A6
  • 00001167 AUS clip for Snom A6
  • 00002362 Snom EHS Advanced
  • 00003820 Wallmount plate for 7.series
  • 00004341 A100M Headset
  • 00004342 A100D Headsets
  • 00004343 ACUSB Headset adaptor

Snom D785 IP telefonunun satış, quraşdırma və servis şərtləri, həmçinin qiyməti ilə tanış olmaq üçün Cubics Technology şirkətinə müraciət edə bilərsiniz. 

Əlaqə nömrəmiz: +99412 480 15 74

Sizə maraqlı ola bilər: VoIP ATS resurslarını artırmaq üçün Yeastar D30 DSP modul